Pressa.az » Ölkə » Şaxta olacaq, yollar buz bağlayacaq

Şaxta olacaq, yollar buz bağlayacaq

26 fevral 2024, Bazar ertəsi, 12:40
Şaxta olacaq, yollar buz bağlayacaq

Fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Oxşar Xəbərlər:

Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
22 yanvar 2024, Bazar ertəsi
Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
Qar yağacaq, yollar buz bağlayacaq
29 yanvar 2024, Bazar ertəsi
Qar yağacaq, yollar buz bağlayacaq
Sabahın hava proqnozu
24 yanvar 2023, Çərşənbə axşamı
Sabahın hava proqnozu
Bazar günü 15° isti olacaq
03 fevral 2024, Şənbə
Bazar günü 15° isti olacaq