Pressa.az » Ölkə » Azərbaycan Ordusunun əsgəri Laçında əlverişsiz hava şəraitində azıb

Azərbaycan Ordusunun əsgəri Laçında əlverişsiz hava şəraitində azıb

28 fevral 2024, Çərşənbə, 12:11
Azərbaycan Ordusunun əsgəri Laçında əlverişsiz hava şəraitində azıb

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

LiderXəbər xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.