Pressa.az » Ölkə » Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir

05 mart 2024, Çərşənbə axşamı, 09:13
Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.

LiderXəbər xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.

Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.


Oxşar Xəbərlər:

Sabah Novruzun ilk çərşənbəsidir
20 fevral 2023, Bazar ertəsi
Sabah Novruzun ilk çərşənbəsidir
Bu gün Su çərşənbəsidir
27 fevral 2024, Çərşənbə axşamı
Bu gün Su çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
07 mart 2023, Çərşənbə axşamı
Bu gün Yel çərşənbəsidir