Pressa.az » Ölkə » Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı

11 mart 2024, Bazar ertəsi, 15:04
Xüsusi karantin rejiminin müddəti uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılıb.

LiderXəbər xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

Xatırladaq ki, daha əvvəl xüsusi karantin rejiminin müddəti 2 aprelədək nəzərdə tutulmuşdu.