Azad edilmiş ərazilərdə silahla ehtiyatsız davranış nəticəsində iki polis əməkdaşı həlak olub
Martın 13-də saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.
DİN-in mətbuat xidmətindən LiderXəbər-ə bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.
Araşdırma aparılır.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
07 yanvar 2023, Şənbə
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib
20 fevral 2023, Bazar ertəsi
Sabirabadda pambıq zavodunda yanğın zamanı FHN-in 18 əməkdaşı tüstüdən zəhərlənib