Pressa.az » Ölkə » Çox şirniyyat yemək şəkər xəstəliyi yaradır?

Çox şirniyyat yemək şəkər xəstəliyi yaradır?

20 fevral 2023, Bazar ertəsi, 13:20
Çox şirniyyat yemək şəkər xəstəliyi yaradır?

Şəkərli diabet və ya şəkər xəstəliyi dünyada ən çox yayılmış xəstəliklərdən biri sayılır.

LiderXəbər xəbər verir ki, Orta əsr təbabətində bu xəstəliyin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə daha tez tutulurlar. İldən-ilə bütün dünyada bu xəstəliyə tutulan insanların sayı artır. Söhbət ilk növbədə 2-ci tip diabetdən gedir. Bu xəstəlik 1-ci tip diabetlə müqayisədə daha çox yayılıb və yaşı 40-dan çox olan insanlarda aşkar olunur.

Diabet əmələ gətirən risk faktorları müxtəlifdir. Ancaq el arasında belə bir fikir var: “çox şirniyyat yemə, şəkər xəstəliyinə tutularsan”.

Endokrinoloq Səadət Fətəliyeva məsələ ilə bağlı açıqlama verib:

"Qaraciyərin fəaliyyəti pozulsa, baxmayaraq ki, mədəaltı vəz şəkəri tənzimləyir, o zaman çox şirniyyat yedikdə qanda şəkərin miqdarı artır. Fəaliyyəti pozulmuş qaraciyər qlükozanı qlükogenə çevirə bilmir və nəticədə şəkərin miqdarı artır. Lakin bəzi insanlarda irsi latent, yəni gizli şəkərli diabet olduqda şirniyyat çox yeyən zaman xəstəlik inkişaf edir".