Pressa.az » Ölkə » Ceyhun Bayramov sülh danışıqlarına dəstəyə görə Qazaxıstana təşəkkür edib

Ceyhun Bayramov sülh danışıqlarına dəstəyə görə Qazaxıstana təşəkkür edib

10 may 2024, Cümə, 16:00
Ceyhun Bayramov sülh danışıqlarına dəstəyə görə Qazaxıstana təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh danışıqlarına dəstək üçün Qazaxıstan tərəfinə təşəkkür edib.

LiderXəbər-in xəbərinə görə, o, bu barədə özünün “X” hesabında yazıb.

"Azərbaycan-Ermənistan arasında Almatıda ikitərəfli sülh danışıqlarının təşkilində göstərdiyi son dərəcə dəyərli dəstək üçün Qazaxıstan tərəfinə, şəxsən Baş nazirin müavini, xarici işlər naziri Nurtleuya təşəkkür edirəm. Azərbaycan regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün, sülh prosesinin irəliləməsi üçün səylərini davam etdirəcək” – nazir Ceyhun Bayramovun paylaşımında belə deyilir.