ATƏT sədri Bakıya gələcək
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.
LiderXəbər xəbər verir ki, bu barədə ATƏT sədri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqaz regionuna səfəri çərçivəsində mayın 14-də Bakıda görüşlər keçirəcək.
"Mən tərəfdaşlarımla Bakıda keçirəcəyim görüşlərdə dayanıqlı və hərtərəfli sülh üçün danışıqların aparılmasına sadiqliyin vacibliyini vurğulayacam", - ATƏT sədri deyib.
Oxşar Xəbərlər:
13 may 2024, Bazar ertəsi
Yan Borq: Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır
29 aprel 2024, Bazar ertəsi
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər