Pressa.az » Ölkə » Orxan Mikayılov: COP29-un ilk dəfə Türk dünyası ölkələrindən birində keçirilməsi əlamətdar hadisədir

Orxan Mikayılov: COP29-un ilk dəfə Türk dünyası ölkələrindən birində keçirilməsi əlamətdar hadisədir

16 may 2024, Cümə axşamı, 14:54
Orxan Mikayılov: COP29-un ilk dəfə Türk dünyası ölkələrindən birində keçirilməsi əlamətdar hadisədir

Xəbər verdiyimiz kimi, mayın 16-da İnkişaf və Diplomatiya İnstitutu BMT-nin Azərbaycan nümayəndəliyi, Davamlı Gələcək Komissiyası, Boğaziçi Universiteti və TÜBİTAK ilə əməkdaşlıq çərçivəsində İqlim və Su Sammiti keçirilib. 

LiderXəbər xəbər verir ki, tədbirdə hökumət və akademik qurumların, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri bir araya gəliblər, dünyanın üzləşdiyi qlobal iqlim və su məsələlərini, onların həll yollarını müzakirə ediblər.

Davamlı Gələcək Komissiyasının Azərbaycandan olan sədri və “Aqualink”in baş direktoru Orxan Mikayıl və Türkiyədən olan sədri “Agro Tv” Türkiyə Azərbaycan CEO-su Doğan Başaranın iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, COP29-un ilk dəfə Türk dünyası ölkələrindən birində keçirilməsi əlamətdar hadisədir.

Onun sözlərinə görə, Azərbaycan da iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətində aktiv fəaliyyəti ilə seçilir.

O bildirdi ki, hazırda əksər ölkələr artan iqtisadiyyat, sosial inkişaf və innovasiyalar daxil olmaqla sosial-iqtisadi inkişafa baxışı müəyyən edərkən, Azərbaycanın ekoloji dayanıqlılığa və "yaşıl artım"a diqqət etməsini yüksək qiymətləndirirlər.