Qənirə Paşayevanı bu vəzifədə o əvəzlədi
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupa yeni sədr seçilib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.
Yığıncaqda deputat Kəmaləddin Qafarovun İşçi Qrupa sədrliyi təsdiqlənib.
Qeyd edək ki, o bu vəzifədə mərhum deputat Qənirə Paşayevanı əvəzləyib.
Oxşar Xəbərlər:
13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
17 aprel 2023, Bazar ertəsi
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb