Pressa.az » Ölkə » DSMF-nin gəlirləri və xərcləri 30 milyon manat artırılır

DSMF-nin gəlirləri və xərcləri 30 milyon manat artırılır

24 may 2024, Cümə, 14:31
DSMF-nin gəlirləri və xərcləri 30 milyon manat artırılır

Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 30 milyon manat artırılır.

liderxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsinin gəlirlər və xərcləri 6 919 860 000,0 manatdan 6 949 860 000,0 manata qaldırılır.Layihəyə əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə gəlir 5 288 135 400,0 manatdan 5 478 135 400,0 manata qaldırılır. Bu artım qeyri-büdcə sektoru üzrə sosial sığorta haqlarının artımı hesabına olacaq. Qeyri-büdcə sektoru üzrə məcburi sosial sığorta haqları 3 387 100 000,0 manatdan 3 577 100 000,0 manata qaldırılacaq. Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait isə 1 392 000 000,0 manatdan 1 232 000 000,0 manata endiriləcək.