Pressa.az » Ölkə » Hər ikisinə şəhid statusu veriləcək

Hər ikisinə şəhid statusu veriləcək

10 iyun 2024, Bazar ertəsi, 07:34
Hər ikisinə şəhid statusu veriləcək

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu - mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev ildırım vurması nəticəsində həlak olublar. Hadisə hərbçilərimizin xidməti vaxtında baş verib.

Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, hərbi-hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.