Pressa.az » Ölkə » Azərbaycanın turizm xidmətlərinin dövriyyəsində 27 mln. dollardan çox profisit yaranıb

Azərbaycanın turizm xidmətlərinin dövriyyəsində 27 mln. dollardan çox profisit yaranıb

12 iyun 2024, Çərşənbə, 14:23
Azərbaycanın turizm xidmətlərinin dövriyyəsində 27 mln. dollardan çox profisit yaranıb

2024-cü ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 61.7% artaraq 690.9 milyon dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (359.1 mln. dollar) idxalı (331.9 mln.dollar) üstələməsi nəticəsində 27.2 milyon dollar həcmində profisit yaranıb.

Bu barədə Liderxeber.az-Economics Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 31.7%, Azərbaycana gələn xarici ətəndaşların sayı isə 39.2% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 331.9 milyon dollar olub. Bunun 77.6%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub. (məkik idxal üçün vəsaitlər istisna olmaqla).