Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6%-dən çox artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə 4812,7 milyon manat dəyərində ödənişli xidmətlər göstərilib.
Liderxeber.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,3% çoxdur.
Beş ayda hüquqi şəxslər əhaliyə 3 626 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3%-ni təşkil edib.