Sirkin yanında 2 nəfəri güllələyən şəxs tutuldu
Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Bakı Dövlət Sirkinin yaxınlığı) 2 nəfəri güllələyən şəxs tutulub.
LiderXəbər-in məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.
Qeyd edək ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Oxşar Xəbərlər:
31 yanvar 2023, Çərşənbə axşamı
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib, saxlanılanlar var