Pressa.az » Ölkə » Sabahın hava proqnozu

Sabahın hava proqnozu

15 mart 2023, Çərşənbə, 13:26
Sabahın hava proqnozu

Martın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, martın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Azərbaycanın rayonlarında səhər saatlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

Oxşar Xəbərlər:

Sabahın hava proqnozu
03 mart 2023, Cümə
Sabahın hava proqnozu
Sabaha olan hava proqnozu açıqlanıb
06 fevral 2023, Bazar ertəsi
Sabaha olan hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu
01 mart 2023, Çərşənbə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
02 mart 2023, Cümə axşamı
Sabahın hava proqnozu