Pressa.az » Ölkə » Sabahın hava proqnozu

Sabahın hava proqnozu

01 mart 2023, Çərşənbə, 13:00
Sabahın hava proqnozu

Martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindənverilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman, axşam Abşeron yarımadasının şimalında az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Oxşar Xəbərlər:

Sulu qar və qar yağacaq
23 fevral 2023, Cümə axşamı
Sulu qar və qar yağacaq
Sabaha olan hava proqnozu açıqlanıb
06 fevral 2023, Bazar ertəsi
Sabaha olan hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu
15 fevral 2023, Çərşənbə
Sabahın hava proqnozu
Sabah rayonlara qar yağacaq
15 fevral 2023, Çərşənbə
Sabah rayonlara qar yağacaq