Pressa.az » Ölkə » Sumqayıt Tibb Mərkəzində yeni təyinat olub

Sumqayıt Tibb Mərkəzində yeni təyinat olub

29 iyul 2024, Bazar ertəsi, 18:04
Sumqayıt Tibb Mərkəzində yeni təyinat olub

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat olub.

Namirə Abbasova Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri təyin olunub.

Qeyd edək ki, N. Abbasova bu təyinatadək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının müdir müavini vəzifəsində çalışıb.