Qubada zəlzələ qeydə alınıb
Avqust 9-da Quba stansiyasından 15 kilometr cənubda - Quba rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Liderxeber.az-a verilən məlumata görə, yerli vaxtla saat 00:39-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,8-ə bərabər olub.
Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib.
Oxşar Xəbərlər:
08 mart 2023, Çərşənbə
Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ olub, ətraf rayonlarda hiss edilib