Pressa.az » Ölkə » MSK sədri: Azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək

MSK sədri: Azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək

15 avqust 2024, Cümə axşamı, 10:57
MSK sədri: Azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar azad edilmiş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Liderxeber.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.