Bu il Şuşa, Laçın, Zəngilan və Ağdərədə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək
Bu prezident seçkilərində öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox oldu.
LiderXəbər-in xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov deyib ki, bu, MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub: “Bu, bizim üçün tarixi seçki idi. Çünki birinci dəfə beynəlxalq səviyyədə ölkənin tanınan bütün ərazilərində keçirilirdi”.
MSK sədri qeyd edib ki, bu il Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək: “Həmin vaxta qədər də o yerlərə yenə insanlar köçürüləcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”.
Oxşar Xəbərlər:
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
20 oktyabr 2023, Cümə
Deputat: “Bu gün Qarabağın “yaşıl enerji” zonasına çevrilməsində Zəngilanın xüsusi rolu var
13 yanvar 2024, Şənbə
Jalə Əhmədova: "Azərbaycan son 30 il ərzində qarşıya qoyduğu əsas hədəflərə nail olub"