Pressa.az » Ölkə » Üzüm və Şərab Festivalı tezliklə Şamaxıda!

Üzüm və Şərab Festivalı tezliklə Şamaxıda!

19 avqust 2024, Bazar ertəsi, 11:43
Üzüm və Şərab Festivalı tezliklə Şamaxıda!

Sentyabrın 7-8-də Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək.

Liderxeber.az xəbər verir ki, festival Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq.

“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanacaq,  müxtəlif əyləncə və şou proqramlar təqdim olunacaq.

Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil ediləcək, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılacaq.

Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablarını nümayiş etdirəcək, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə biləcək.