Pressa.az » Ölkə » Prezident xanımı ilə Özbəkistana getdi

Prezident xanımı ilə Özbəkistana getdi

22 avqust 2024, Cümə axşamı, 15:29
Prezident xanımı ilə Özbəkistana getdi

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistana dövlət səfərinə gedib.

Liderxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.