Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Liderxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Oxşar Xəbərlər:
11 iyul 2023, Çərşənbə axşamı
MN: "Naxçıvan, Xocalı və Xocavənd istiqamətlərində mövqelərimiz atəşə tutulub"