Pressa.az » Ölkə » “Azad edilmiş rayonlardan deputatlar elə həmin ərazilərdə seçilir”

“Azad edilmiş rayonlardan deputatlar elə həmin ərazilərdə seçilir”

28 avqust 2024, Çərşənbə, 13:29
“Azad edilmiş rayonlardan deputatlar elə həmin ərazilərdə seçilir”

“Milli Məclisə növbədənkənar seçkilər Qarabağ məsələsinin yekun həllindən sonra ölkəmizdə keçirilən ilk parlament seçkiləridir. İşğaldan azad edilmiş rayonlardan deputatlar elə həmin ərazilərdə seçilir ki, bu da özlüyündə çox sevindirici haldır”.

Liderxeber.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev deyib.

Xalq yazıçısı yeni deputatların Milli Məclisdə öz seçicilərini layiqincə təmsil edəcəklərinə ümid etdiyini bildirib: “Seçkilər olduqca böyük əhəmiyyət kəsb edir, çünki bu, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinin gündəmində dayanmayan müstəqil Azərbaycanın ilk parlamenti olacaq. Ümid edirəm ki, dövlətin ali qanunverici orqanının yeni tərkibi xalqımızın, ölkəmizin rifahı naminə işləyib, əlindən gələni əsirgəməyəcək”.