Pressa.az » Ölkə » Sabah 38° isti olacaq

Sabah 38° isti olacaq

01 sentyabr 2024, Bazar günü, 11:46
Sabah 38° isti olacaq

Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi gündüz bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Oxşar Xəbərlər:

Bazar günü 15° isti olacaq
03 fevral 2024, Şənbə
Bazar günü 15° isti olacaq
Sabah 31 dərəcə isti olacaq
30 aprel 2024, Çərşənbə axşamı
Sabah 31 dərəcə isti olacaq
39° isti, leysan - Sabahın havası
23 avqust 2024, Cümə
39° isti, leysan - Sabahın havası
Sabahın hava proqnozu
25 mart 2023, Şənbə
Sabahın hava proqnozu