Pressa.az » Ölkə » Metroda yenə problem - Bu dəfə sərnişin müdaxiləsi

Metroda yenə problem - Bu dəfə sərnişin müdaxiləsi

10 sentyabr 2024, Çərşənbə axşamı, 09:27
Metroda yenə problem - Bu dəfə sərnişin müdaxiləsi

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaşanıb.

“Bakı Metropoliteni” QSC-dən Liderxeber.az-a verilən məlumata görə, buna səbəb metronun “Qara Qarayev” stansiyasında sərnişinin vaqona müdaxiləsi olub.

Belə ki, sərnişin vaqon qapısının qəza açılıb-bağlanma kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb:

“Bunun nəticəsində Yaşıl və Qırmızı xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə “Nərimanov” stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib”.