Pressa.az » Ölkə » Bakı-Sumqayıt qatar reyslərinin sayı artırılır

Bakı-Sumqayıt qatar reyslərinin sayı artırılır

16 sentyabr 2024, Bazar ertəsi, 08:59
Bakı-Sumqayıt qatar reyslərinin sayı artırılır

Xəbər verdiyimiz kimi, yeni tədris ilinin başlaması ilə əlaqədar sabahdan Bakı və Sumqayıt şəhərləri arasında qatar reyslərinin sayı artırılır.

Bu barədə Liderxeber.az-a ADY-nin mətbuat xidmətindən məlumat verilib.

Yeni cədvələ əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-dək, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-dək artırılacaq.