Pressa.az » Ölkə » TƏBİB direktoru: "Xəstələrə ilkin yardım etməyən həkimlər bizimlə yola davam etməyəcəklər"

TƏBİB direktoru: "Xəstələrə ilkin yardım etməyən həkimlər bizimlə yola davam etməyəcəklər"

17 oktyabr 2024, Cümə axşamı, 13:54
TƏBİB direktoru: "Xəstələrə ilkin yardım etməyən həkimlər bizimlə yola davam etməyəcəklər"

"Vətəndaşlar baş verən təcili hallarda aidiyyəti üzrə xəstəxanalara yox, ilkin yardım üçün istənilən xəstəxanaya üz tuta bilərlər".

Bu barədə Liderxeber.az-ın sualını cavablandıran Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, İcbari Tibbi Sığortanın layihəsi tətbiq olunandan sonra TƏBİB-in bütün tibb mərkəzlərində təcili tibbi yardım şöbələri yaradıldı:

"Təcili tibbi yardım şöbələrinin funksiyası təcili yardım edilməsi ilə bağlı problemlərin həll edilməsi istiqamətindədir. Vətəndaşlar xəstənin ağırlıq dərəcəsindən asılı olaraq xəstəxanaya və ya hərəkətində məhdudluq olan şəxslərlə bağlı "103" çağrı mərkəzinə müraciət edə bilərlər.

Bizim hər bir poliklinikamızda ilkin cərrahi tibbi yardımı göstərmək üçün xüsusi kabinetlər ayrılıb. Böyük xəstəxanalarımızda, tibb mərkəzlərimizdə isə Təcili yardım şöbələri fəaliyyət göstərir. Burada seçim vətəndaşa aiddir.

Vətəndaşlara ilkin yardımı göstərməyən istənilən tibb personalı bizimlə eyni yola davam etməyəcək".