"Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ
Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal Nazirliyin qüvvələri ərazilərə cəlb olunub.
Bu barədə Liderxeber.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
Oxşar Xəbərlər:
22 oktyabr 2024, Çərşənbə axşamı
Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir - BİRGƏ MƏLUMAT
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
29 iyul 2024, Bazar ertəsi
Gəncə və Göygöldə fərdi yaşayış evlərinin zirzəmiləri subasmaya məruz qalıb