Pressa.az » Ölkə » Gələn il minimum əməkhaqqı 400 manat olacaq

Gələn il minimum əməkhaqqı 400 manat olacaq

18 noyabr 2024, Bazar ertəsi, 13:47
Gələn il minimum əməkhaqqı 400 manat olacaq

Gələn il Azərbaycanda minimum əməkhaqqı artacaq.

Liderxeber.az xəbər verir ki, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində minimum əməkhaqqının 400 manat olacağı qeyd edilib.

Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 55 manat çoxdur. Belə ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.