Mahir Məmmədov: Sumqayıtın sürətli inkişafı hər bir sumqayıtlını olduqca sevindirir
Sumqayıt şəhəri 75 illik şəhər bayramına hazırlaşır. 24 illik Sumqayıt sakini olaraq bu vaxt kəsiyində Sumqayıtda olan inkişaf, sözün əsl mənasında, adamı valeh edir. Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin Sumqayıta göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində şəhərimiz böyük inkişaf yolu keçmişdir.
Böyük işçi sayı ilə Sumqayıt Texnologiyalar Parkı, Superfosfat zavodu, Kabel zavodu, Polimer məmulatlar zavodu, Elektrik avadanlıqlar zavodu, Sendviç panelləri zavodu və 30 yaxın digər zavodları özündə birləşdirməklə "Sənaye şəhəri" adını qoruyub saxlamışdır.
Sumqayıtın sürətli inkişafı hər bir sumqayıtlını olduqca sevindirir. Şəhərdə yenidənqurma və bərpa işləri, yol örtüklərinin yenilənməsi, kommunikasiya xətlərinin yenilənməsi şəhərin sakit həyatına yeni rəng qatır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbəri Zakir Fərəcovun yüksək enerji ilə Sumqayıtı öz övladı qədər sevməsi sumqayıtlıların diqqətindən yayınmır.
Sumqayıt şəhərində olan Şəhidlər xiyabanının təmir olunması şəhidlərimizə olan ehtiramın bariz nümunəsidir.
Sumqayıt birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də istər igidləri ilə, istərsə də bütün imkanları ilə ön cəbhədə ən aktiv şəkildə yer almışdır.
Ümumilikdə, 782 şəhid və 600 nəfərdən çox müharibə əlili ilə bu mövzuda Azərbaycanda ən öndə olan şəhərlər arasındadır.
Şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları daima Sumayıt Şəhər İcra Hakimiyyətinin rəhbəri Zakir müəllimin xüsusi diqqəti və qayğısı ilə əhatələnib.
Şəhər günü münasibətilə bütün sumqayıtlıları təbrik edirəm.
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri, Vətən müharibəsi əlili, Sumqayıt Tibb Mərkəzinin Təhlükəsizlik və Mühafizə bölməsinin rəhbəri Mahir Məmmədov.