Pressa.az » Ölkə » Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi olub

Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi olub

06 dekabr 2024, Cümə, 18:02
Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi olub

Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni baş katibi olub.

Liderxeber.az xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər Yan Borq öz sosial şəbəkə hesabında paylaşıb.

"ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) - baş katib, Maria Telalian (Yunanıstan) - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) - ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) - KİV azadlığı məsələləri üzrə nümayəndə seçilib", - Y.Borq "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.