Mərkəzi Bank 10 poçt filialının bank lisenziyasını ləğv edib
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib.
Liderxeber.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşirlər.
Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.
Qeyd edək ki, AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən "Azərpoçt" MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
22 iyun 2023, Cümə axşamı
Bir il müddətində iki dəfədən artıq inzibati tənbeh edilən elektron pul təşkilatının lisenziyası ləğv ediləcək