Nazir əvəzi: "Bu il Naxçıvanda bütün sahələrdə iqtisadi artım olacaq"

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində artım olacağı proqnozlaşdırılır.
Bunu müsahibəsində yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
“O cümlədən, sənayedə 3,7 %, kənd təsərrüfatında isə 2,5 % artım gözlənilir", - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan hökuməti bu il Naxçıvanda iqtisadi artımın 3,9 % olacağını, Muxtar Respublikada 1 milyard 498,7 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyini proqnozlaşdırır.
Oxşar Xəbərlər:

23 avqust 2024, Cümə
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

18 noyabr 2024, Bazar ertəsi
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır