Azərbaycanda körpə qızdırmadan ölüb
Gəncədə 5 aylıq körpə vəfat edib.
LiderXəbər xəbər verir ki, hadisə şəhər xəstəxanalarından birində baş verib. 2022-ci il təvəllüdlü M.Məmmədovanın qızdırması qalxıb və o, valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, 5 aylıq qız xəstəxanada ölüb.
Körpənin həm də qan xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Ölüm faktı ilə bağlı araşdırma aparılır.