Səbinə Salmanovaya yeni vəzifə verildi
Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
Liderxeber.az xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyası üzrə bugünkü ilk plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarında dəyişiklik layihəsi müzakirə edilib.
Layihəyə əsasən, işçi qrupunun rəhbəri deputat Səbinə Salmanova təyin edilib.
Dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edilib.
Oxşar Xəbərlər:
22 yanvar 2025, Çərşənbə
Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır