Pressa.az » Ölkə » Şəhriyar Məmmədyarovun Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq

Şəhriyar Məmmədyarovun Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq

12 fevral 2025, Çərşənbə, 09:22
Şəhriyar Məmmədyarovun Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq

Şəhriyar Məmmədyarovun şahmat üzrə Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq.

Liderxeber.az-ın məlumatına görə, yarımfinalda hər iki görüşü heç-heçə ilə başa vuran Rauf Məmmədov və Teymur Rəcəbov tay-brekdə üz-üzə gələcəklər.

Ş.Məmmədyarov daha əvvəl bu raundda Misrətdin İskəndərova qalib gəlib - 2:0.

Qadınlarda Günay Məmmədzadə tay-brekdə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva isə Gövhər Beydullayeva ilə görüşəcək.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.