Somali prezidenti azərbaycanlı cütlüyün nikah şahidi oldu

Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Eyni zamanda ona "ASAN xidmət" modeli ilə bağlı təqdimat edilib.
Somali prezidenti burada, həmçinin, azərbaycanlı cütlüyün nikahında iştirak edərək şahid olub.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

02 iyul 2024, Çərşənbə axşamı
İndoneziyada “ASAN xidmət” modeli əsasında 200-dən çox mərkəz yaradılıb