Pressa.az » Ölkə » Sumqayıtda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

27 aprel 2023, Cümə axşamı, 08:03
Sumqayıtda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

LiderXəbər-in məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobil şəxsiyyəti məlum olmayan orta yaşlarında kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxsin tüfeyli həyat keçirdiyi də bildirilir.