Dövlət qurumlarını hədəf alan govaz.am domeni bloklanıb

Ötən il dövlət qurumlarının adına yaradılan saxta domenlərin sayı 100-ə çatıb.
Liderxeber.az xəbər verir ki, bunu Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısında çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, eyni zamanda bir ay əvvəl dövlət qurumlarının domenlərini hədəf alan govaz.am deyə saxta domen aşkarlanıb: “Həmin domen də tərəfimizdən bloklanıb”.
Tural Məmmədov bildirib ki, ötən il bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyenaya riayət etməyib. Nəticədə 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumunun qurbanı olub.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

21 fevral 2025, Cümə
Azərbaycanın media resurslarına kiberhücum: İranı hədəf göstərmək kimlərə sərf edir?

26 sentyabr 2024, Cümə axşamı
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunur

06 noyabr 2024, Çərşənbə
İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edib

02 yanvar 2025, Cümə axşamı
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri