Yanğından səhərə qalan “Faxralı”

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAF Park yaşayış kompleksinin ərazisindəki “Faxralı” restoranında yanğın baş verib.
Liderxeber.az-ın məlumatına əsasən, yanğın nəticəsində restorana bitişik fitnes salonuna da ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib və yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Yanğının tam söndürülməsinə baxmayaraq, həmin obyekt yerlə yeksan olub. Demək olar ki, “Faxralı”dan səhərə sadəcə külləri qalıb.
Saytımızın əməkdaşının “Faxralı”dan səhər çəkdiyi fotoları təqdim edirik:
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

05 oktyabr 2023, Cümə axşamı
Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan üç il ötür