Pressa.az » Siyasət » İyunda ikinci dəfə ardıcıl dörd gün iş olmayacaq

İyunda ikinci dəfə ardıcıl dörd gün iş olmayacaq

04 iyun 2025, Çərşənbə, 15:20
İyunda ikinci dəfə ardıcıl dörd gün  iş olmayacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Bununla da ardıcıl dörd gün - iyunun 26-sı, 27-si, 28- və 29-u qeyri-iş günləri olacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar da 4 gün ardıcıl - 6,7,8 və 9 iyun tarixləri qeyri-iş günü hesab olunur.