Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru o oldu

Ermənistan Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edilib.
Liderxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan Sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin vəzifəyə Andranik Simonyan təyin olunub.
Paşinyanın digər Sərəncamı ilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vəzifəsindən azad edilib.
Qeyd edək ki, A.Simonyan Milli Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsini icra edirdi.
Oxşar Xəbərlər:
08 apr 2024, 13:58
27 mar 2025, 09:03
12 yan 2024, 18:09
13 iyl 2024, 13:42