Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Xankəndiyə köçürülür

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür.
Liderxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 12 avqust 2021-ci il tarixli Fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək.
Nazirlər Kabineti və Dövlət Komitəsi Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Oxşar Xəbərlər:

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib