Uyğunluq sertifikatının və bəyannaməsinin təqdim olunması qaydasında dəyişiklik edilib
Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim olunması qaydalarında dəyişiklik edilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla qaydalara aşağıdakı dəyişikliklər edilib.
Belə ki, 1.2.12-ci yarımbənd aşağıdakı redaksiyada verilir:
- seriyalı istehsal olunan mallar - vahid texnoloji prosesdən istifadə etməklə eyni sənədlərə uyğun istehsal olunan və mal vahidlərinin və ya vaxtaşırı təkrarlanan mal partiyalarının ardıcıl seriyası şəklində dövriyyəyə buraxılan mallar;
həmçinin aşağıdakı məzmunda 1.2.12-1-ci yarımbənd əlavə edilir:
- malı müşayiət edən sənədlər - malın nomenklaturasını və miqdarını müəyyən edən sənədlər;
Bundan əlavə, texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa, uyğunluq sertifikatı seriyalı istehsal olunan mallara 5 ildən çox olmayan müddətə verilir, mal partiya və ya mal vahidi üçün müddət müəyyən edilmir.
