Dövlət Departamenti: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması regionun maraqlarına uyğundur
"Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması daha geniş dünyanın maraqlarına cavab verir".
LiderXəbər xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.
"Biz düşünürük ki, sülhün əldə olunması iki tərəfin (Azərbaycan və Ermənistan -red.) maraqlarına uyğundur,. Bu, regionun maraqlarına uyğundur. İki tərəf arasında sülh sazişinin əldə olunması daha geniş dünyanın maraqlarına cavab verir və biz bu istiqamətdə işləməyə davam edəcəyik", - Miller bildirib.