XİN başçısı: Gürcüstan "3+3" formatında iştirak etməyib və etməyəcək
Gürcüstanın "3+3" platforması ilə bağlı mövqeyi birmənalıdır: ölkə bu formatda iştirak etməyib, etmir və etməyəcək.
LiderXəbər-in Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin İctimai kanalının efirində deyib.
O, Gürcüstanın qonşu ölkələrlə - Türkiyə, Azərbaycan və Ermənistanla ikitərəfli formatlarda çox yaxşı münasibətlərinin və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.
Oxşar Xəbərlər:
01 noyabr 2023, Çərşənbə
Komitə sədri: 3+3 formatından imtina Gürcüstan-Ermənistan-Azərbaycan formatından da imtina anlamına gəlmir
06 aprel 2023, Cümə axşamı
İranla Səudiyyə Ərəbistanı səfirlik və konsulluqların açılması barədə razılığa gəlib