Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşir
Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə ediləcək.
LiderXəbər xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar Xəbərlər:
13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
17 aprel 2023, Bazar ertəsi
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb