Paşinyan ATƏT sədri ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqla görüşüb.
LiderXəbər-in xəbərinə görə, görüşdə ATƏT-lə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Danışıqlarda Ermənistanla Azərbaycan arasındakı normallaşma prosesi də nəzərdən keçirilib. Yan Borq bildirib ki, rəhbəri olduğu təşkilat üzv ölkələrin yerləşdiyi regionlarda dayanıqlı sülh və sabitlik istiqamətindəki səyləri dəstəkləyir və mandatı çərçivəsində onların təşviqinə sadiqdir.
Oxşar Xəbərlər:
13 may 2024, Bazar ertəsi
Yan Borq: Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər